Pikap xidməti sizlərə Bizim Market in vebsaytı vasitəsilə
onlayn məhsulları sifariş etməyi və marketə gəldiyinizdə hazır şəkildə bazarlıq
paketinizi əldə etmək imkanı verir. Bu xidmət sizə vaxt itkisini önləmək imkanı
yaradır. Artıq siz kassada növbə gözləyərkən və market daxilində məhsulları səbətə
yığarkən sərf etdiyiniz vaxt itkisindən xilas ola bilərsiniz. Sadəcə vebsaytda
təqdim edilən məhsulları müvafiq şərtlər çərçivəsində sifariş edin.
Hazırda Pikap xidməti Ayna Sultanova filialımızda aktivdir.
Xidmətə dair şərtlər aşağıdakı kimidir:
Sifariş vermək üçün lazımı xanaları doldurmağınız
xahiş olunur.
Siz sifarişi qonaq və qeydiyyatdan keçmiş istifadəçi
qismində verə bilərsiniz.
Ödəməni elektron və ya nağd şəkildə edə bilərsiniz.
Siz sifarişi 08:30 - 21:30 saatlarında həyata keçirə
bilərsiniz.
Sifariş paketinizi marketdən ən tez 09:00 və ən gec 22:00 saatlarında əldə edə
bilərsiniz.
Siz marketdən vebsaytda təqdim edilən istənilən məhsulu
onlayn sifariş edə bilərsiniz.
Sifariş verilən andan 30 dəqiqə sonra sizin
paketiniz marketdə tam hazır olacaqdır. Elektron ödəmə zamanı sifariş paketinin
market qarşısında avtomobilinizə çatdırılıması mümkündür, nağd ödəniş zamanı isə
sifariş paketinizi marketdə növbə gözləmədən kassaya ödəniş etməklə əldə edə
bilərsiniz.
Alınan məhsulların geri qaytarılması 15 gün ərzində alış veriş qəbzi ilə birlikdə mümkündür.