Bərabər
İmkanlar:
Dini, dili, etnik mənsubiyyətindən,
xarici görünüşü və digər xüsusiyyətlərindən asılı olmayaraq bütün namizədlərə
hörmətlə yanaşılır. İşə qəbul üçün müraciət edən bütün şəxslər qarşısında
bərabər şərtlər irəli sürülür, bərabər müsabiqə şəraiti təşkil olunur və
özlərini tanıda bilmələri üçün bərabər imkanlar yaradılır.
Təlabata
uyğunluq:
Namizəd seçilərkən
namizəddə axtarılan keyfiyyətlər vəzifə təlimatında öz əksini tapmalıdır. İşə
qəbul edilən şəxslərin Şirkətin təşkilat fəlsəfəsinə və işgüzar tələblərinə
uyğun olması mütləqdir.
Rəy
alınması:
Ehtiyac duyularsa işə
qəbul prosesinin yekun mərhələsində namizədin əvvəlki iş yerlərindən yazılı və
ya şifahi rəy tələb oluna bilər.
Yaxın
ərazi prioritetliyi:
Namizədlər
dəyərləndirilərkən bərabər səviyyəli namizədlərdən iş yerinə yaxın
yerdə yaşayan namizədə üstünlük verilir.
CV-lərin
dəyəndirilməsi
CV-lər
nəzərdən keçirilərək vakansiya tələbləri və namizədin kriteriyaları müqayisə
edilir. Bundan sonra ilk mərhələdən uğurla keçən namizədlərlə əlaqə saxlanılır.
Müsahibələr
Namizədlərlə
keçirilən ilkin müsahibə zamanı namizədin daha öncə bildirdiyi bilik, bacarıq
və təcrübələri ilə bağlı məlumatların doğruluğu bir daha dəqiqləşdirilir.
İlkin
müsabiqədə uyğun görülən namizədlər ikinci müsabiqəyə dəvət edilir. Bu
müsabiqədə İnsan Resursları nümayəndəsi ilə bərabər vakant iş yeri üzrə müvafiq
şöbənin məsul şəxsi də iştirak edir. Namizədə iş təklifi edilib edilməyəcəyi
vakant iş yeri üzrə müvafiq şöbənin müdiri ilə İnsan Resursları Müdirinin ortaq
qərarından sonra rəhbərliyin təsdiqi ilə məlum olur.
İş
təklifi
İnsan
Resursları departamenti uyğun görülən və işə qəbul edilməsi qərar verilən
namizədə iş təklifi verir. Namizəd iş təklifini qəbul etdiyi halda ondan
şirkətin müəyyən etdiyi tibb müəssisəsində tibbi müayinədən keçməsi və
qanunvericiliklə müəyyənləşdirilmiş sənədləri hazırlaması tələb edilir.
Müraciət etmə qaydaları:
Namizədlərdən aşağıda göstərilən
qaydada müraciət etmək xahiş olunur:
CV hr@www.bizimmarket.az ünvanına
göndərilməlidir;
Mövzu hissəsində “vakant
vəzifənin adı” qeyd olunmalıdır.
Namizədlərin
nəzərinə:
Bu vəzifənin tələblərinə
cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən
olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.