“Bizim
Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar”
filialı ilə fəaliyyətə başlamışdır.
Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.
"Bizim Market"
supermarket şəbəkəsinin strateji mövqeyi : Alıcıları münasib qiymət
və mükəmməl xidmət ilə keyfiyyətli məhsullarla təmin edərək
Azərbaycanın ticarət şəbəkələri sırasında qabaqcıl mövqeyə nail olmaq.
"Bizim Market" supermarket şəbəkəsinin missiyası: Alıcıların ehtiyaclarına tam cavab vermək üçün dinamizm, yenilik və fərdi yanaşma prinsiplərini əsas tutmaq - alıcıların, təchizatçıların və işçilərin maraqlarını qorumaq
"Bizim Market" supermarket şəbəkəsinin
korporativ dəyərləri :
1. Öhdəlik : Bizlər hər birimiz ümumi səbəbə sadiqik,
şəbəkənin missiyasını yerinə yetirməyə çalışırıq;
2. Qanuna tabeçilik : Beynəlxalq
ictimaiyyət, Azərbaycan Respublikasının qanunvericiliyi və şəbəkənin daxili
standartları ilə tanınan norma və prinsiplərə riayət edirik;
3. Sosial ədalət : Biz
sosial ədalət prinsiplərinə riayət etməyə çalışırıq;
4. Fərdlərin şərəf və ləyaqətinə hörmət : İrq,
sosial status, sosial vəziyyət və hüquqi vəziyyətdən asılı olmayaraq, fərdlərin
hüquq və azadlıqlarına hörmət edirik. Bu prinsiplərin qorunması və onlara
hörmət edilməsi bizim vəzifəmizdir.
5. Peşəkarlıq : Daim təkmilləşir və yenilik üçün çalışırıq.
Şəbəkənin iş effektivliyinin artırılması üçün daha yaxşı vasitə və
imkanları axtarırıq;
6. Korporativlik : Qarşılıqlı anlaşma, inam, qarşılıqlı yardım
və korporativ həmrəylik prinsipləri ilə fikir mübadiləsi olan insanlar ilə
əlaqələr qururuq. Bilik və təcrübəimizi f insanlarla bölüşürük;
7. Səmimiyyət : Təchizatçılar, müştərilər və dövlət orqanları
ilə əlaqələrdə səmimiyyət və şəffaflıq prinsiplərinə üstünlük veririk;
8. Şəffaflıq : İnternetə qoşulmaq və bununla paydaşlara
şəbəkənin fəaliyyətinə aid olanları gətirmək məqsədi qoyduq.
9. Təhlükəsizlik : Müştərilərə, işçilərə, şəbəkə rəhbərliyinə,
dövlət orqanlarına qarşı qanunsuz hərəkətlərin qarşısını almaq üçün tədbirlər
görürük;
10. Məsuliyyət : Biz şəbəkənin sahibinə fəaliyyət nəticələrinə
görə, müştərilərə xidmətin keyfiyyətinə görə, cəmiyyətə və dövlətə fərdlərin
hüquq və azadlıqlarına görə, ölkənin iqtisadiyyatına şəbəkədə olan kapital
qoyuluşlarına görə məsuliyyət daşıyırıq;
11. İnnovasiya : Biz daim müştərilərin maraqlarını qorumağa
yönəlmiş, yenilikçi ideyaları tətbiq etməyə səy göstəririk.